İxtisar olunmuş hərfi yazı

aşağıdakı şəkildə formalaşan yazı sistemi qaydalarından biri: beş və daha çox hərfdən ibarət Azərbaycan türkcəsində sözlərin yazılışı, saitlərin sözün tərkibindən düşməsilə; eyni zamanda sifət, yaxud isimlərin sonluğu yazılmır, qoşa samitlər və uzun sözlərdə samitlər yazılmır.
İfadə planı
İxtisarlar lüğəti
OBASTAN VİKİ
Yazı
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Hərfi tərcümə
Hərfi tərcümə – tərcümə edilmiş sözün və ya cümlənin tərcümə edildiyi dilin qrammatika və orfoqrafiya qaydalarına əməl edilmədən tərcümə edilməsi üsuludur. Əsasən hər bir sözün cümlə daxilindəki roluna fikir verilmədən, sadəcə olaraq sözün növünə müvafiq olaraq lüğətdəki birinci mənası əsas götürülərək edilmiş motamot tərcümə üsuludur.
Mixi yazı
Mixi yazı — Eramızdan əvvəl III minilliyin ortalarında Şumerlərin istifadə etdikləri yazı mixi yazı adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar. Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Gil lövhəcik üzərində yazmaq çətin idi, ona görə də ucu şiş çubuqla gili basıb onun üstündə kiçik cib şəklində cızıqlar çəkməyə başladılar. Qədim yazi növlərindən biridir. Vətəni Şumerdir. Mixi yazinin mənbəyi ideoqrafik yazı olmuşdur. Eradan əvvəl 4-cü minilliyin sonundan etibarən şumerliler müəyyən anlayışları bildirmək üçün daş və ya çiy gil üzərində basma üsulla çəkilmiş mixabənzər xətlərin kombinasiyalı şəkillərindən istifadə etmişlər. Mixi yazi kitabələrinin oxunmasina ilk dəfə alman alimi Q. Qrotefend başlamiş (1802), sonralar İngilis alimi Q. Roulinson, İrland alimi E. Xinks, Fransiz alimləri J. J. Oppert, Ş. Virollo, Alman alimi X. Bauer və s. bu işi davam etdirmişlər.
Yazı düzü
Yazı düzü — Azərbaycanın Qubadlı rayonu ərazisində Bazarçay ilə Həkəri çayı arasında yerləşən düz. Ərazidə erməni işğalına qədər heyvandarlıq, buğda, tütün və üzüm əkinçiliyi geniş yayılmışdı. Yazı düzündə XIV əsrə aid Cavanşir türbəsi yerləşir. Yazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "düz" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Qarayazı, Ağcayazı və digərləri. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ərazidə 450 m-dək enərək maili və dalğalı İncə düzünə keçir. Üçbucaq şəklindədir. Uzunluğu 30–35 km-dir. Üst Pliosenin vulkanogen–prolüvial çöküntülərindən təşkil olunmuşdur.
Yazı lövhəsi
1. Yazı lövhəsi (clipboard) – Microsoft Windows, Apple Macintosh və OS/2 əməliyyat sistemlərində nəzərdə tutulmuş xüsusi yaddaş resursu. "Yazı lövhəsi"ndə, ora sonuncu köçürülmüş informasiya hissəsinin nüsxəsi saxlanılır. Verilənlərin "yazı lövhəsi"ndən cari proqrama ötürülməsi yapışdırma (PASTE) əməliyyatı vasitəsilə aparılır. "Yazı lövhəsi"nin köməyilə informasiyanı bir proqramdan başqasına da ötürmək olar. "Yazı lövhəsi" vasitəsilə köçürülmüş verilənlər statik olur və sonrakı dəyişiklikləri özündə əks etdirmir. Tut: SCRAP; Bax: CUT AND PASTE, DYNAMIC DATA EXCHANGE. 2. Planşet-bloknot – əsas giriş qurğusu işıq-qələm olan kompüter. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. EN Перевод на английский How does the Clipboard work with SwiftKey Keyboard for Android?
Yazı makinası
Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Yazı masası
Yazı masası — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır.
Yazı sistemi
Yazı sistemi bir dildə olan elementləri və identifikasiya olunan vəziyyətləri təmsil etmək üçün istifadə olunan simvollar sistemidir.
Yazı dəsti
Yazı dəsti (yaxud şrift ailəsi) — ölçü, qalınlıq (məsələn, incə-qalın), maililik (məsələn, maili), genişlik (məsələn, dar) və s.ə görə fərqliliklər ehtiva edən letterinq dizaynı nümunəsi. Bu fərqliliklərin hər biri bir şrift deməkdir. Hal-hazırda minlərkə yazı dəsti mövcuddur və gün keçdikcə də yeniləri yaranmağa davam edir. Yazı dəsti incəsənəti və dizaynlarının istehsalı yazı dizaynı, yazı dəsti dizaynerləri isə yazı dizaynerləri adlanır və dizaynerlər, adətən, hərftökən emalatxanalarda işləyirlər. Hər bir yazı dəsti müxtəlif qliflər — hər biri ayrı-ayrılıqda bir hərf, rəqəm və yaxud digər işarə olan simvollar kolleksiyasıdır.
İeratik yazı
İeratik yazı (q.yun. ἱερατικά, hieratiká— keşişə aid olan) — qədim Misirdə istifadə edilən kursiv yazı sisteminə verilən ad. Bu, e.ə. III minillikdə baş tutan inkişafından e.ə. I minilliyin ortalarında demotik yazının yüksəlişinə qədər həmin dili yazmaq üçün istifadə olunan əsas yazı olmuşdur. İeratik yazı ilk növbədə papirus üzərində qamış qələmlə mürəkkəblə yazılmışdır. II əsrdə ieratik termini ilk dəfə yunan alimi İsgəndəriyyəli Klement tərəfindən bu qədim Misir yazı sistemini təsvir etmək üçün istifadə edilmişdir. Termin yunan dilindən "kahin yazısı" deməkdir (Şablon:Lang-grc-koi). Buna səbəb yazı üslubunun həmin dövrdə, səkkiz yarım əsrdən çox müddət ərzində ieratik ənənəvi olaraq yalnız dini mətnlər və ədəbiyyat üçün istifadə olunurdu. İeratik həm də "müqəddəs şəxslərin və ya idarələrin və ya onlarla əlaqəli" mənasını verən bir sifət kimi qəbul edilir.
Bet (alban hərfi)
𐔱 (səslənməsi: /b/; transkripsiyası: B, b) — Alban əlifbasının ikinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ոդեթ (Odet) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "bet" olmalıdır, erməni müəllifin əsas səhvi isə böyük ehtimal alb. 𐔰𐔾𐔸𐕒͞𐔱𐔴𐔸 (alto͞bet — Əlifba) sözünü yanlış oxumuşdur. Gürcü dilçi Roman Lolua və erməni tədqiqatçı Aşot Abramyanın fikrincə erməni əlifbasındakı Բ hərfinin invers formasıdır. Akaki Şanidzenin fikrincə isə bu hərfin orijinal adı "balt" idi və gürc. ერტი ალთას და მეორე ბალთას (ert’i altas da meore baltas — Kim altdır, kim baltdır) deyimi alban dilindən götürülmüşdü. Alban əlifbasında [b] səsinin qarşılığı kimi işlənilib.
Gim (alban hərfi)
𐔲 (səslənməsi: /g/; transkripsiyası: G, g) — Alban əlifbasının üçüncü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Զիմ (Zim) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "gim" olmalıdır, erməni müəllif isə Զ və Գ hərflərini səhv salmışdır. Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf gürcü əlifbasındakı Ⴂ hərfinin modifikasiya edilmiş formasıdır. Bu düşüncə Georgi Klimov və Voroşil Qukasyan tərəfindən də dəstəklənmişdir. Alban əlifbasında [g] səsinin qarşılığı kimi işlənilib.
Yud (alban hərfi)
𐔺 (səslənməsi: /j/; transkripsiyası: Y, y) — Alban əlifbasının 11-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Յուդ (Yud) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı doğrudur. Erməni tədqiqatçı Aşot Abramyan və gürcü dilçi Roman Lolua bu hərfi gürcü əlifbasının Ⴈ hərfinin bir forması sayır. Fonetik olaraq Azərbaycan dilindəki Y hərfi ilə eyni səsi bildirir. Bu hərf həm də tez-tez 𐔼 (İrb) hərfi və aşağı saitlər arasındakı mövqedə tələffüz olunan fonemik olmayan sürüşməni təmsil edir.
Ça (alban hərfi)
𐔹 (səslənməsi: /tɕʼ/; transkripsiyası: Ć̣, ć̣) — Alban əlifbasının onuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճա́ (Çá) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ć̣a" olmalıdır. Erməni tədqiqatçı Aşot Abramyan və Georgi Klimov bu hərfi "ž" qrafei ilə ifadənin tərəfdarı olsalar da, Muravyev və Gippert "ć̣" transkripsiyasını daha məqsədəuyğun saymışdır. Bu düşüncə Georgi Klimov və Voroşil Qukasyan tərəfindən də dəstəklənmişdir. Fonetik olaraq küylü yuvaq samitdir. Müasir udi əlifbasında "č'" samitinə çevrilmişdir.
Şa (alban hərfi)
𐔽 (səslənməsi: /ˁ/; transkripsiyası: ˁ) — Alban əlifbasının 14-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Շա (Şa) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində udlaq samitidir. Onların fikrincə Udi dilindən fərqli olaraq, burada udlaqlaşma kök hecalardan əlaqəli morfemlərə qədər uzanan saitlərin supraseqmental xüsusiyyəti kimi qəbul edilməlidir. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi ermənicə լ hərfinə, շ hərfinə və nəhayət gürcücə Ⴊ hərfinə bənzətmişdir. Rəqəm dəyəri 50-dir. Müasir Udi dilində itmiş, əsasən Ş hərfi ilə birləşmişdir.
Yazı (qeydə almaq)
E (Erməni əlifbasının hərfi)
Է, է — (Səslənməsi: e, erm. է) — erməni əlifbasının yeddinci hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Akkreditə olunmuş investor
Distillə olunmuş su
Distillə edilmiş su — mineral duzlardan, üzvi maddələrdən və orada həll olunan digər çirklərdən distillə yolu ilə təmizlənmiş su. Beləliklə, distillə edilmiş su təmizlənmiş su növüdür. == Tarixi == İçməli su dəniz suyundan ən azı təxminən eramızdan 200 il əvvəl distillə edilmişdir, bu proses Afrodisiyalı Aleksandr tərəfindən aydın şəkildə təsvir edilmişdir. Aristotelin Meteorologica əsərində bir keçid kimi suyun distillə edilməsinə aid hissələr vardır. "Dostluq" gəmisi kapitanı İsrael Uilyams (1797) suyu distillə etmək üçün bir üsul yaratdığı haqqında jurnalında məlumat yayımlatdırmışdır. == Fiziki xassələri == Distillə edilmiş suyun elektrik keçiriciliyi aşağıdır (GOST R 58144 0,43 mS/m-dən çox tələb etmir). Atmosfer qazları: oksigen, azot, arqon, karbon qazı və az miqdarda başqaları distillə edilmiş suda həll olunur. Həll edilmiş karbon qazına görə distillə edilmiş su bir az turşu mühitə malikdir və pH 5,0-7,0 təşkil edir. Tamamilə neytral su əldə etmək üçün karbon qazı tamamilə çıxarılana qədər qaynadılır (30 dəqiqə) və hava keçirməyən qabda saxlanılır. Çox təmiz olduğundan, xarici mexaniki çirklərin olmadığı halda, qaynama nöqtəsindən yuxarı qızdırıla bilər və ya faza keçidi olmadan donma nöqtəsindən aşağı soyudula bilər.
Restrukturizasiya olunmuş kredit
Restrukturizasiya olunmuş kredit (ing. Rescheduled loan) - Ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər.
Qadağan olunmuş eşq
Qadağan olunmuş krallıq
Qadağan olunmuş krallıq (ing. The Forbidden kingdom) — 2008-ci ildə çəkilmiş Amerikan filmidir. Film "The Weinstein Company" və "Lionsgate"-in birgə fəaliyyəti nəticəsində çəkilmiş fantastik macəra filmidir. XVI əsrə aid "Qərbə Səyahət" romanından ilhamlanaraq çəkilən film Ceki Çan və Cet Linin birgə çəkildikləri ilk filmdir. == Məzmun == Filmdə Ceyson adlı bir nəfər Kunq-fu filmləri azarkeşidir. O, tez-tez kunq-fu filmlərinin disklərini almaq üçün Çin məhəlləsinə gəlir. Bir gün bir neçə nəfər onu disklərin satıldığı mağazanı qarət etmək üçün onu tutur və yolu göstərməsini istəyir. Onlar mağazanı qarət edəndə mağaza sahibi olan yaşlı adam onlara müqavimət göstərir. Onlardan biri atəş açır və güllə mağaza sahibinə dəyir. Mağaza sahibi Meymun krala məxsus olan əsanı Ceysona verir və onu sahibinə çatdırmağını istəyir.
Qara yazı (teleserial, 2019)
Qaya Yazı — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. Azadlığa qovuşandan sonra Gülsümün yalnız bir məqsədi var, həyatını alt-üst edənləri, onun oğlunu əlindən alanların cəzasını vermək.
Qadağan olunmuş kitabların siyahısı
Qadağan edilmiş kitablar — qanunla qadağan edilmiş kitablar və ya esse və ya pyeslər kimi nəşr olunmuş bədii əsərlərdir. Kitabların qadağan edilməsi praktikası siyasi, hüquqi, dini, mənəvi və ya (daha az) kommersiya məqsədlərindən senzuranın bir formasıdır.
Təyin olunmuş ineksiya yerləri
Təyin olunmuş inyeksiya yerləri (ing. Supervised injection site) - Narkotik vasitə istifadəçilərinin steril edilmiş məkanlarda özlərinə venadaxili narkotik vasitələr vurmaları üçün yaradılmış xüsusi məntəqələr. Bu tip təyinat yerlərinin yaradılmasındakı əsas məqsəd narkotik vasitə istifadəçilərinin mümkün yüksək dozadan qaynaqlanan ölüm hallarının qarşısının alınmasıdır. Cəmiyyətlər tərəfindən bu tipli mərkəzlərin fəalliyətinə birmənalı münasibət göstərilmir. Bir tərəf xüsusi inyeksiya yerlərinin mövcud olmasını narkomaniyanı təbliğ etdiyini bildirsə də, digər bir tərəf isə İİV başda olmaqla bir çox xəstəliklərin mümkün yoluxma hallarının qarşısının alındığını və ən əsası narkotik vasitə istifadəçilərinin onlara verilən yəni norma həddində narkotik maddə qəbul etdikləri üçün yüksək dozadan ölmə ehtimallarının olmaması səbəbindən sözügedən mərkəzərin fəaliyyətini dəstəkləyirlər. Bu tip mərkəzlərin fəaliyyət göstərməsi dövlətlərin qanunveriçilik və siyasi yurisdiksiyası əsasında tənzim olunur. Təyin olunmuş inyeksiya yerlərinin yaradılmasındakı əsas konsepsiya narkomaniyanın cəmiyyətlərə vurduğu zərərin azadılmasından ibarətdir. Şimali Amerikada və Avropada fəaliyyət göstərən TİY mərkəzləri, əsasən, narkotik vasitə istifadəçiləri üçün steril və tək istifadəlik inyeksiya avadanlıqları, müəyyən psixotrop dərmanlar və kiçik səhiyyə xidmətləri təklif edirlər. Bəzi ölkələrdə istifadəçilərə konsultasiyalarda verilməkdədir. TİY mərkəzlərində istifadəçilərə narkotik maddələrinin satışı və ya təşkil edilməsi xidmətləri göstərilmir.